YAP Gənclər Birliyinin nümayəndələri Osman Yıldız ilə görüşüblər
YAP Gənclər Birliyinin Türkiyəyə ezam olunmuş nümayəndələri səfərin ikinci günündə HAK-İŞ (Hak işçi sendikatları konfederasyonu) Türkiyənin Həmkarlar ittifaqının genel sekretarı Dr. Osman YILDIZ ilə görüşmüşlər. Görüş əsnasında orada qarşılıqlı əməkdaşlıq, eləcə də gənclərin prespektivləri haqqında müzakirələr aparılmış, təkliflər verilmişdir. Daha sonra YAP Gənclər Birliyinin nümayəndələri AKP-nin Ankarada yerləşən əsas binasında (AKP Genel Merkezi) olub, onların iş otaqları,eləcə də iş sistemləri ilə yaxından tanış olmuşlar. Eyni zamanda AKP-də Qadın Qollarının sədr müavinləri və bir sıra TBMM-in Millət Vəkilləri ilə tanış olmuşlar.
Günün ikinci yarısı isə Nümayəndə heyəti Türkiyənin Xarici İşlər Naziri Cənab Mevlüt Çavuşoğlunun qonaqları olmuşlar. Türkiyənin və Azərbaycanın qardaş dövlət olmasını vurğulayan Nazir münasibətlərin daha da yaxşılaşdırımasını, eləcə də gənclər arasında səmimi münasibətlərin qurulması istiqamətində aparılan işlər haqqında danışdı. Qeyd edək ki, Mevlut Çavuşoğlu öz rəsmi Twitter səhifəsində həmin görüşdən "Bir Millət, İki Dövlət" başlığı ilə şəkil paylaşmışdır.
Günün sonunda isə AK Partinin Gənclər Kollarının sədri, TBMM-in Millət Vəkili Abdurrahim Boynukanlı YAP Gənclər Birliyinin nümayəndə heyətinə rəsmi ziyafət vermişdir.
Vətəninfo.az