Yardımlıda müəmmalı ölüm hadisəsi: Məzuniyyətdə olan 3 uşaq atasını işə çağırdılar…

Yardımlıda müəmmalı ölüm hadisəsi: Məzuniyyətdə olan 3 uşaq atasını işə çağırdılar…

Dünən Yardımlı rayonun yaşıllaşdırma idarəsinin işçisi Sultanov Sərhad İsaxan oglu elektrik cərəyanı vurması nəticəsində ölüb.

AzToday.az-a daxil olan məlumata görə, 3 uşaq atası Sərhad Sultanov məzuniyyətdə olmasına baxmayaraq iyunun 11-də idarə müdiri Balamir Adiyev tərəfindən işə çağrılıb. Və rayonun Mərkəzi Xəstəxanasının ətrafında ağaclar suvarılan zaman ölüm hadisəsi baş verib.

Sərhad Sultanovun yaxınları ölüm hadisəsinə görə Balamir Adiyevi ittiham edirlər.

Qeyd edək ki, hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az