Yasamalda yanğın

Yasamalda yanğın
Paytaxtda bir neçə yaşayış evində yanğın hadisəsi baş verib. 

Miq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub.
Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az