Məlumdur ki, kimyaterapiya saçın tökülməsindən tutmuş immun sisteminin funksiyalarının pozulmasına qədər bir çox qüsur və əlavə təsirləri var. Eyni zamanda əlavə təsirlərin yaşıl çay içmək ilə bağlı inkişaf riski sıfıra bərabərdir.
AZƏRTAC "ru.delfi.lt” saytına istinadla xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin diyetologiya üzrə dosenti, doktor Coşua Lambert hüceyrə kulturalarına müəyyən miqdarda EGCG antioksidantı yeritməklə, onlar üzərində tədqiqat aparıb. Alim bir sıra müsbət reaksiyalar müşahidə edib: EGCG bədxassəli hüceyrələrdə aktiv oksigen formaları əmələ gətirib. Bu formalar mitoxondriyaları zədələməklə, xərçəng hüceyrələrini məhv edib.
EGCG "xərçəngə qarşı məhvedici gücünü” artıq ilk dəfə deyildir ki, nümayiş etdirir. Los-Anceles Biotibbi Tədqiqatlar İnstitutunun alimləri 2014-cü il may ayında bu birləşmənin mədəaltı vəzi xərçənginin hüceyrələrinin inkişafının qarşısını almaq və yavaşıtmaq qabiliyyətini aşkar ediblər.
Alimlərin növbəti addımı təcrübə heyvanları üzərində sınaq aparmaq, habelə EGCG-nin qəbulu ilə bağlı əlavə təsirlər riskini istisna etmək olacaq. Eksperiment səmərəli və təhlükəsiz olduğunu təsdiq etsə, ola bilsin ki, elm dünyası xərçəngin bir çox formalarının alternativ üsullarla müalicəsinin işlənib hazırlanmasına bir addım yaxınlaşacaq, minlərlə pasiyentin kimyəvi üsulla müalicənin fəsadlarından yaxa qurtarmasına kömək edəcək.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ