Yeni icra başçısı özünə köməkçi təyin etdi

Yeni icra başçısı özünə köməkçi təyin etdi

Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Ceyhun İsmayılov Kürdəmir RİH başçısının köməkçisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, E.İbrahimov Prezident İlham Əliyevin 18 fevral tarixində imzaladığı sərəncamla Kürdəmir rayonunun icra başçısı təyin edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az