“Yeni nazirlər küçədən gəlib” – Erməni deputat

“Yeni nazirlər küçədən gəlib” – Erməni deputat

"Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib. Onların heç birinin siyasi təcrübəsi yoxdur”.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri bu gün parlamentdə çıxış edən Zarui Postancyan bildirib.

Deputatın fikrincə, yeni nazirlərin onlara tapşırılan sahələrdən xəbəri yoxdur: "Deyirlər, onlar menecerdirlər və biznesdən gəliblər. Lakin hökuməti idarə etmək menecmentlik deyil, bu, siyasətdir. İqtisadiyyat Nazirliyinin adını dəyişib İnvestisiyalar Nazirliyi qoyub və ölkəyə sərmayələrin axacağını gözləmək lazım deyil. Düzgün rəqabət şəraiti lazımdır. Yalnız onda 10 milyonluq erməni diasporu sərmayəni Gürcüstana deyil, Ermənistana yatıracaq”, – deyə erməni deputat vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az