Yeni qəbul qaydaları yanvarda təsdiqlənəcək

Yeni qəbul qaydaları yanvarda təsdiqlənəcək
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri bildirib ki, bu qaydalar demək olar 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq: "Biz qəbul qaydaları ilə bağlı hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilərlər. Təhsil və Ədliyyə nazirlikləri bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalarNazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümid edirəm yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiqlənəcək".

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az