Yerevanda güllə səsləri - Əsgərlər atəş açdı, ATIŞMA intensivləşir
Polis Yerevanın mərkəzində təntənəli yürüşün qarşısını kəsməyə çalışdı, lakin asayiş keşikçiləri ilə qısa söz atışmasından sonra mitinq edənlər məcburi buraxıldılar.
Hazırda mitinqçilərin sayı artıq 3 mini keçir. Eyni zamanda, Xorenatsi küçəsində mitinqçiləri qarşılamağa hazırlaşan böyük miqdarda polis müşahidə olunur.
Polislərlə atışma nəticəsində PPX bölməsini zəbt edən qrupun üzvü yaralanıb.
Ermənistanın paytaxtında post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşma hüquq-mühafizə orqanlarının işçiləri ilə atışmanı davam etdirir.
RİA Novosti xəbər verir ki, bunu Yerevan polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz Facebook səhifəsində bildirib.
O qeyd edib ki, hüquq-mühafizə orqanları silahlı qruplaşmanın daha iki üzvünü yaralayıblar.
Miq.az