Yerevanda müxalifətin yürüşü başladı-Sarkisyanın iqamətgahına doğru
Yerevanda müxalifət Sarkisyanın iqamətgahına doğru yürüşə başladı
Sputnik news-a istinadən verilən məlumata görə, yürüş keçirilməsi barədə qərar Azadlıq Meydanındakı mitinq zamanı qəbul edilib.
Bəzi nümayişçilərin əllərində "Mən "Sasna tsrer”də girov olmaq istəyirəm" sözləri yazılmış plakatlar var. Nümayişçilər güclü yağışa baxmayaraq, Prezident iqamətgahının yerləşdiyi Baqramyan prospekti istiqamətində hərəkətə başlayıb.
"Sputnik Ermənistan”ın məlumatına görə, Konstitusiya Məhkəməsinin yanında ikiqat polis səddi qurulub.
Miq.az