Yol polisinin təhlükəli hərəkətləri

Yol polisinin təhlükəli hərəkətləri

Məhəllədə maşın qovdu

Vahid Piriyev: «DYP maşını 120-130 sürətlə məhəlləyə girib başqa maşını qovarkən az qalmışdı uşağımı vursun»

 Bu gün Bakı şəhəri, Xətai rayon sakini Vahid Piriyev “Ucnoqta.az” saytına müraciət edərək Dövlət Yol Polisi əməkdaşının hərəkətlərindən narazılığını bildirib. Onun sözlərinə görə, bu gün saat 11:10 radələrində Xətai rayonu, Ramiz Quliyev küçəsində (Radiozavodun yanında) DYP avtomobili insanların sıx yaşadığı məhəllədə başqa bir avtomobili təqib edərkən təhlükəli vəziyyət yaranıb. Hətta, V.Piriyevin azyaşlı oğlu təhlükədən son anda xilas ola bilib: «Yaşadığım həyət evindən 4 yaşı tamam olmamış oğlumla və bizə qonaq gəlmiş dostumla məhəlləyə çıxdıq. Uşaq bizdən 50-60 metr məsafədə dayanmışdı. Məhəllə olduğuna görə burada sürətlə maşın sürən olmur. Bu anda məhəlləyə sürəti 100-120 olan bir sedan maşın girdi və sürəti artıraraq sürməyə başladı. Biz hələ nə baş verdiyini anlamağa çalışdığımız anda nömrəsini tam yadda saxlamadığımız «BMW» markalı DYP maşını (Anar və Fərasət adlı şahidlər bildirir ki, DYP maşınının nömrəsi 455 idi) əvvəlki maşından da sürətlə  - 120-130-la məhəlləyə daxil oldu. Xidməti maşınında olan DYP işçisi uşağı gördü. Amma maşını saxlamaq əvəzinə sürəti artırıb o biri maşına çatmağa çalışırdı. Bizim qışqırtımıza uşaq özünü məhəllədə dayanmış iki maşının arasına saldı. Uşaq qorxub. Mən də valideyn olaraq sarsıntı keçirmişəm».

Vahid Piriyev bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib və məlumat verib: «Məni artıq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə dəvət ediblər. Mən sonradan öyrəndim ki, bu hal bir neçə dəfə təkrar olunub. Həmin DYP maşını bizim məhəllədə bir neçə dəfə bu cür təhlükəli vəziyyətdə maşın qovurmuş. Mən başa düşə bilmirəm, bunlar niyə insanların həyatına təhlükə yaradır? Dövlətin əmlakı olan DYP maşınını tranplinlərin üzərində elə sürürdü ki, elə bil düşmən malıdır. İnanıram ki, bu məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən ölçü götürüləcək».

 

“Ucnoqta.az” hadisə yerindən çəkilmiş fotoları təqdim edir:

Elməddin

Elməddin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az