“Yoxlamaların dayandırılması şikayətləri artırıb”-Komitə sədri

“Yoxlamaların dayandırılması şikayətləri artırıb”-Komitə sədri
"Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətlərin artmasına gətirib”. Bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.  

"Yoxlamaların dayandırılması bəzi dirnaqarasi "sahibkarlar"ın sui-istifadəsinə gətirib çıxarıb, bu da şikayətlərin artmasına səbəb olub. Şikayətlər demək olar ki, bütün sahələrdən daxil olur”, - deyə komitə sədri qeyd edib.

R.Həsənov "Benzinin keyfiyyətinə dair şikayətlərin olub-olmaması haqqında" sualı şərh edərkkən bildirib ki, benzin əsasən ölkəyə idxal olunur: "Azərbaycana ən yüksək premium-klass idxal olunur. Söhbət keyfiyyət yox, kəmiyyətdən gedə bilər. Biz müntəzəm yoxlamalar aparırıq”.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az