Yumurtadan başqa digər məhsullar niyə bahadır? - Komitə rəsmisi

Yumurtadan başqa digər məhsullar niyə bahadır? - Komitə rəsmisi

"Niyə istehlak mallarının hamısının qiyməti qalxıb?"

Hökumət haqlı olaraq 2017-ci ildə hədəf kimi birrəqəmli (7 faiz ətrafında) inflyasiya götürüb. Azərbaycanın buna şansı var. Amma çox təəssüf ki, monopolistlər və işbazlar bütün iqtisadi qanunauyğunluqları pozmaqla Azərbaycan hökumətinin bu hədəflərini pozmaqda davam edirlər. 

Miq.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentin plenar iclasında deyib.

O, bildirib ki, inflyasiya məqbul səviyyədə olanda iqtisadi inkişafa, fəallığa müsbət təsiri var. Amma məqbul hədləri keçəndən sonra həyat səviyyəsinə mənfi təsir göstərir: "Qiymətlər qalxan zaman əsas gətirilir ki, dollara nisbətən manat ucuzlaşır, dollar bahalaşır. Biz də malı dollar ilə alırıq, ona görə də qiymətlər qalxır. Yaxşı, dekabrın 1-dən artıq manat bahalaşmağa başlayıb. Niyə yalnız bir dənə yumurta çıxmaq şərtilə istehlak mallarının hamısının qiyməti qalxıb? Bu, əhalinin güzəranına mənfi təsir göstərir. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az