Zakir Həsənov: “Ordumuz şəhidlərin qisasını alacaq“

Zakir Həsənov: “Ordumuz şəhidlərin qisasını alacaq“

"Biz həqiqəti deməliyik. Yüz illər boyu ermənilər azərbaycanlılara qarşı cinayətlər törədiblər. Biz bunun qarşısını almalıyıq".

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Məmmədzadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ordusunda döyüş ruhu var. İnanıram ki, ordumuz şəhidlərin qisasını alacaq, ərazi bütövlüyümüzü bərpa edəcəklər", - nazir vurğulayıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az