Zakir Həsənovdan kadr dəyişikliyi – Polkovnik "yola salındı"

Zakir Həsənovdan kadr dəyişikliyi – Polkovnik

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov kadr dəyişikliyi edib. 

Nazirin əmri ilə MN Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqov vəzifəsindən azad edilib. Məlumata görə, polkovnik yaş senzi ilə əlaqədar vəzifəsini itirib.  
 
H.Xalıqov bu vəzifəsindən əvvəl Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində rəis vəzifəsində çalışıb. Sonra keçmiş nazir Səfər Əbiyev onu cəzalandıraraq, mayor rütbəsinə uyğun vəzifəyə təyin edib. 

Zakir Həsənovun nazir təyinatı ilə isə Xalıqovun yüksəlişi başlayıb. O, 2013-cü ildə Təşkilat-Səfərbərlik İdarəsinə müavin təyin olub. Bir neçə gün sonra isə qardaşı, polkovnik Tahir Xalıqov katibliyin rəisi vəzifəsinə gətirilib.
 
2014-cü ildə isə müavin postundan rəis postuna yüksəlib, yəni məşhur general-leytenant Yaşar Aydəmirovu əvəzləyib. Bir neçə ay sonra isə nazirdən daha bir mükafatlandırma gəlib. Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib. 

İnformasiyanı yayan BakiPost.az portalına nazirliyin mətbuat xidmətindən xəbəri təsdiqləməyiblər: "Bizdə bu barədə məlumat yoxur".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az