Zakir Həsənovun bu sözlərinə ironiya üçün səbəb görmürəm: "Döyüşdən əvvəl düşməni..."+VİDEO

Zakir Həsənovun bu sözlərinə ironiya üçün səbəb görmürəm:

"Zakir Həsənov çox doğru vurğulayır ki, "Bizim bir ordumuz var, hamımız birlikdə ordumuz üçün çalışmalıyıq!”.

"Qarabağ birmənalı olaraq, döyüşsüz qaytarılmayacaq, ancaq döyüşdən əvvəl düşməni silkələməyə, müvazinatdan çıxarmağa yönəlik hərbi-siyasi zərbələr müharibə hazırlığında zəruri gedişlərdi." 

Hiss olunur ki, müdafiə naziri yerindədi və işinə ürəklə yanaşır. 

Daha əvvəl youtube-da Z.Həsənovun, "Azərbaycan Prezidentinin siyasəti nəticəsində Qarabağda cinayətlər törətmiş Serj Sarqsyanı döyüşsüz məğlub etməsi” sözlərinə bir lağlağı başlıqlı rolik görmüşdüm. Rolik müəlliflərinə vaxt ayırmayacam. İfadə haqqında qısa yazmaq istəyirəm. 

Aprel döyüşlərindən bir ay sonra öz feysbuk səhifəmdə  işğalçının aprel məğlubiyətinin Serj Sarqsyan rejiminin çökməsinə gətirəcəyi ilə bağlı status yazmışdım. 

Daha sonra "Sasna Srer” baş verdi və bir sıra daha dərin siyasi proseslər başladı. Prosesin tam başa çatmasında iki il tələb olundu və Sarqsyanən siyasi klanı hakimiyətdən uzaqlaşdırıldı. 

Təsəvvür edək, "aprelsiz” bu olardımı? Olmurdu. Koçəryan-Sarqsyan klanı insanlara atəş açmasından belə çəkinmirdi (2008-ci ilin prezident seçkilərini xatırlamaq kifayətdi).  

"Ermənistan əhalisi hərbi-feodal rejimə ona görə dözürdü ki, bunlar Qarabağı "qazanıblar”, yenə nəsə olsa, müdafiə edərlər. Amma fakt budur ki, "müdafiə edə bilmədiklərindən", cəmiyətin klan zülmünə dözməsinin "son gərəkçəsi” aradan qalxdı. 

Qarabağ problemi başlayandan bu günə kimi hər iki ölkə üçün həlledici daxili ictimai-siyasi və sosial-iqtisadi amil olmuşdu. Qarabağın üzərindən hər iki ölkədə hakimiyyətlər dəyişmişdi... Ermənistanda gedən proseslərin hələ  nə ilə bitəcəyi  məlum deyil. Qarabağ birmənalı olaraq, döyüşsüz qaytarılmayacaq, ancaq döyüşdən əvvəl düşməni silkələməyə, müvazinatdan çıxarmağa yönəlik hərbi-siyasi zərbələr müharibə hazırlığında zəruri gedişlərdi. 
    
"4 günlük müharibədə” məğlubiyyət, erməni ictimai fikrini, hakimiyətə və Rusiyaya münasibətini dəyişdi və sonda hakimiyət dəyişikliyində həlledici amillərdən biri oldu. Aprel əmrini isə Ali Baş Komandan vermişdi. Yəqin ki, bü əmr spontan verilməyib, müəyyən siyasətin davamında olub. Hörmətli Müdafiə Naziri Zakir Həsənov bunu deyir və fikrimcə onun bu sözlərinə ironiya üçün səbəb görmürəm. 

Bu özü də bir siyasətdir ki, Azərbaycan Ermənistanı döyüşsüz, o cümlədən, silahlanma yarışması ilə iqtisadi cəhətdən çökdürür, onu daim çətinə salır. 

Azərbaycan silah alınmada düşmənin konkret müəyyən edilmiş müdafiə sistemi və hərbi infrastruktur obyektlərinin vurulması rəhbər yanaşmadır. Bütün dünya reytinqlərində Azərbaycan ordusu yüksək yerləri tutur. Silah, texnika və vasitələr, müasir, yüksək texnoloji və ən son buraxılışlardı. Bunlar yalnız alqışlana bilər. Zakir Həsənov çox doğru vurğulayır ki, "Bizim bir ordumuz var, hamımız birlikdə ordumuz üçün çalışmalıyıq!”.
]
Müdafiə Nazirinin çıxışına baxmayanlar varsa, məsləhət görərdim ki, baxsınlar. Çox səmimi və zəhmətkeş hərbçi müsahibəsidir. 

Nazim Bayramov
Hərbi icmalçı, Qarabağ veteranı, ehtiyatda olan zabit




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az