Zaparojetsdə erməni təşkilatının sədri güllələndi

Zaparojetsdə erməni təşkilatının sədri güllələndi
Ukraynanın Zaparojets vilayətində fəaliyyət göstərən Erməni İttifaqının sədri Artaşes Sarqsyan güllələnib.

Oxu.Az Forpost-a istinadən  xəbər verir ki, bunu təşkilat sədrinin müavini Rudolf Akopyan bildirib.
Hadisə Zaparojets şəhər parkında, Şevçenko bulvarında baş verib. A.Sarqsyan avtomobildən enərkən, ona odlu silahdan atəş açılıb. 
Güllə A.Sarqsyanın qarın boşluğunu dəlib-keçib. O, xəstəxanaya yerləşdirilib. 
Açılan atəş nəticəsində Erməni İttifaqı sədrinin mühafizəçisi də yaralanıb.
Hadisənin səbəbi araşdırılır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az