Zaqatalada yeraltı təkan 28 saniyə davam edib

Zaqatalada yeraltı təkan 28 saniyə davam edib
İyunun 5-də episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib.

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən bildirilib.
Məlumatda qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.
Qeyd edək ki, zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib. Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az