Zarrab həbsdə ola-ola köməkçilərinə əmr verdi: "Mənə Dubayda villa alın"

Zarrab həbsdə ola-ola köməkçilərinə əmr verdi:
Həbsdə olan işadamı Rza Zarrab haqqında yeni məlumatlar ortaya çıxıb.

 A24.Az xəbər verir ki, Rzanın Dubaya köçməsi üçün hazırlıq işləri aparılır.
Hazırda Zarrabın Türkiyədəki şirkətləri boşaldılır. Bu barədə xəbərlər Zarrabın köməkçilərinin yazışmasında öz əksini tapıb. O da məlum olub ki, işadamı həbsdə olsa da Türkiyədəki köməkçiləri ilə xəbərləşir.
Zarrab köməkçilərinə deyib ki,  azadlığa buraxılacaq. İşadamı Dubayda yeni həyata başlaması üçün köməkçilərinin hazırlıq işi aparmasını tələb edib.
Bu arada, sadəcə Rza deyil Zarrab ailəsinin bütün üvləri yeni həyata başlamağa hazırlaşır. İş adamının valideynləri Şəbnəm və Hüseyn qardaşı Muhamməd Zarrablar İrana köçüblər.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az