Zaur Hüseynov metroda təxliyə edilən sərnişinlərin sayını - Açıqladı

Zaur Hüseynov  metroda təxliyə edilən sərnişinlərin sayını - Açıqladı

"İyulun 2-də baş vermiş hadisə nəticəsində hərəkətdə olan 18 ədəd sərnişin qatarı (9 ədəd stansiyalarda, 9 ədəd panellərdə) dayanıb. Birinci gün 154 sərnişin təxliyə edilib, xəsarət alan olmayıb”.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.

Sədrin sözlərinə görə, iyulun 3-də lkədə yenidən elektrik enerjisinin verilişində yaranmış problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb:

"Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olundu. Bu gün günorta saatlarında metro yenidən öz işini bərpa etdi”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az