Zelenski: “Bizi arzuolunmaz nəticəyə sövq edirlər”

Zelenski: “Bizi arzuolunmaz nəticəyə sövq edirlər”

"Ukrayna tərəfi Qərb tərəfdaşları ilə "sülh planı”na dair danışıqlar aparmır.

Miq.Az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün belə danışıqlar "sıfır səviyyədədir”.

"Əlbəttə, hamı bizi qətiyyən arzuolunmaz nəticəyə doğru sövq etmək istəyir, çünki bizdən heç nə soruşulmur. Amma yəqin ki, həm maliyyə, həm də siyasi maraqları olan müəyyən partiyalar üçün "sülh" arzuolunandır. Yorğunluq artır, insanlar özləri üçün bir nəticə istəyirlər. Və bizim üçün nəticə lazımdır" - deyə Zelenski bildirib.

Xatırladaq ki, CNN ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Ukrayna ilə bağlı "sülh planı” üzərində məsləhətləşmələr apardığını bildirmişdi. Bu gün Bloomberg xəbər verib ki, Ukrayna bu danışıqlarda iştirak etməsə də, Rusiya və Türkiyə Ukraynanın taxıl ixracının qarşısının alınmasına razılaşıblar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az