Zelenski rusların son itkilərini açıqladı

Zelenski rusların son itkilərini açıqladı

Bir həftə ərzində Rusiya ordusunun şəxsi heyəti arasında itkilər təxminən 9 min nəfər təşkil edir.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ukrayna ordusu düşməni əzmək üçün hər şeyi edir. Demək olar ki, bir həftə ərzində 9 min rus hərbçisi öldürülüb. Nikolayev vilayətində ruslara öz ölü və yaralılarını daşımaq üçün onlarla helikopter lazımdır. 19-20 yaşları var idi. Onlar başqa ölkəyə müdaxilədən başqa həyatda nə gördülər?. Bütün ordunuzla birlikdə rədd olun evinizə! Komandirlərinizə deyin ki, siz yaşamaq istəyirsiniz, ölmək yox”, - Zelenski bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az