Zelenski şərtini açıqladı: Yalnız bu halda Rusiya ilə...
Rusiya müharibəni bitirməyə hazır olsa, Ukrayna danışıqlar masasına qayıdacaq.
Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Prezident əlavə edib ki, onların nəticə verməyən danışıqlara vaxtı yoxdur: "Biz nə etdiyimizi dəqiq bilirik. Heç bir şübhəmiz yoxdur və biz yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışmağa hazırıq”.
Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podoliak qeyd edib ki, Ukrayna və Rusiya danışıqlar masasına oturacaqlar, lakin bu gün və Rusiya Federasiyasının irəli sürdüyü şərtlərlə yox. O qeyd edib ki, Rusiya hazırda danışıqların aparılması zərurətini təbliğ edir, çünki o, bütün resurslarını Ukraynanın şərqində toplayıb, burada çox gərgin döyüşlər gedir”.
Miq.Az