Zelenski söz verdi - "Rusiyanı vurmayacağıq"
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya Federasiyasının ərazisini Qərb silahları ilə atəşə tutmayacaq.
Miq.Az xəbər verir ki, bu barədə Zelenski Danimarka mediasına müsahibəsində qeyd edib.
"Biz dinc sakinləri atəşə tutmaqda maraqlı deyilik, biz mülki məhəllələri atəşə tutan terrorçu deyilik. Biz normal insanlarıq, ölkəmizi azad etmək üçün bu silahlara ehtiyacımız var. Qoşunlarımızın cəmləşdiyi bir çox yerlərdə rus qruplaşmasına olan məsafə 100 km-dən çoxdur... Bu məsafəni necə azaltmaq olar? Müvafiq silahlara ehtiyacımız var”, - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna ordusu döyüşməli və sağ qalmağı bacarmalıdır.
"Hər şey çox sadədir: bizə elə bir məsafədə işləyən silah lazımdır. Biz Rusiya dövlətinin ərazisində deyil, öz torpaqlarımızda, işğal olunmuş torpaqlarımızda vuruşuruq”, - deyə prezident əlavə edib.
Miq.Az