Zelenskidən əks-həmlə - Rusiya ilə bağlı kritik fərmanı imzaladı

Zelenskidən əks-həmlə - Rusiya ilə bağlı kritik fərmanı imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın dövlət telekommunikasiya operatoru "Rostelekom”, "Vedomosti” və "Moskovskiy Komsomolets” qəzetləri də daxil olmaqla, 12 rus şirkətinə sanksiya tətbiq edib.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Zelenski Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının separatçı Donetsk Respublikasının lideri Denis Puşilinlə əlaqəli olduğunu iddia etdiyi 12 Rusiya müəssisəsinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Sanksiyalar siyahısına daxil olan şirkətlər "Business News Media”, "Vedomosti” və "Moskovskiy Komsomolets” qəzetləri, "TRK-3”, Tarixi Perspektiv Araşdırmalar Mərkəzi, "Vzaimopomoş” Xeyriyyə Cəmiyyəti, "Novinfo”, "Naşe Zavtra”, "Light-print”, "Narodniye Novosti” və "Anna news”dir.

Ötən həftə Rusiya Ukrayna vətəndaşlarına qarşı sanksiyaların siyahısını genişləndirərək, bura Xarici işlər naziri Dmitri Kuleba və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovu da əlavə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az