Zəlzələ nəticəsində metroda qatarların hərəkəti dayandırılıb

Zəlzələ nəticəsində metroda qatarların hərəkəti dayandırılıb

Sentyabrın 12-də səhər saatlarında Yaponiyanın şimal-şərq sahillərində, Tokio limanı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların ocağı 55 kilometr dərinlikdə yerləşib, sunami təhlükəsi yoxdur.

Tokionun mərkəzində güclü təkanlar hiss olunub, binaların divarları silkələnib.

Paytaxt metrosunun bəzi xətlərində qatarların hərəkəti dayandırılıb. Zəlzələ səhər saatlarına təsadüf etdiyinə görə, metroda sərnişinlərin sayı az olub. Bəzi stansiyalarda eskalatorların hərəkəti dayandırılsa da, müvafiq yoxlamadan sonra yenidən bərpa olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az