Zəlzələnin fəsadlarının aradan qaldırılmasına 100 milyard ayrıldı

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına 100 milyard ayrıldı

"Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 100 milyard lirə (5 milyard dollar) ayırdıq. Ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı edəcəyik. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq”.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışı zamanı deyib.
Türkiyə Prezidenti ehtiyat ərazilərdə də tikintiyə başlayacaqlarını bildirib:
"Allahın izni ilə bu işi 1 ilə bitirəcəyik. Heç birimizi çarəsiz və ya baxımsız qoymayacağıq. Mən istəyirəm ki, zəlzələ bölgəsində olan vətəndaşlarımız öz dövlətlərinə etibar etsinlər. Bəzi şəbəkələrə qulaq asmayın. Bu gün birlik və həmrəylik günüdür”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az