Zəngəzur ətrafında şok gəlişmə - Gərginlik pik həddə çatdı

Zəngəzur ətrafında şok gəlişmə - Gərginlik pik həddə çatdı

Ermənistan hakim "Mənim addımım” blokunun millət vəkili, Sünik bölgəsindən (Zəngəzur) parlamentə seçilən Tiqran Karapetyan mandatından imtina edib.

Miq.Az-ın məlumatına görə, bu barədə Karapetyanın özü açıqlama verib.

"Hörmətli Sünik sakinləri, mənə inandığınızı bildirərək bir mandat verdiniz və xahişinizlə deputat mandatımdan istefa etdim. Ümidimizi itirməyə haqqımız yoxdur. Yenidən özümüzdə güc tapmalı və yaşamağa davam etməliyik. Sünik Ermənistanda qalacaq. Allah Ermənistanı qorusun”, - Karapetyan qeyd edib.

Əlavə edək ki, bir neçə həftədir Zəngəzurda bu bölgənin Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalı ilə bağlı etirazlar gedir.

Etirazçılar Nikol Paşinyan hökumətinin Azərbaycanla gizli sövdələşmədə və bölgənin gələcək taleyini təhlükəyə atmaqda ittiham edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az