Zərdabda toyda 2 nəfər bıçaqlandı

Zərdabda toyda 2 nəfər bıçaqlandı
Zərdabda bıçaqlanma hadisəsi baş verib.

Miq.Az xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az