Ziya Məmmədov özünə və ailəsinə məxsus bütün əmlakları satır? –Yeni iddia

Ziya Məmmədov özünə və ailəsinə məxsus bütün əmlakları satır? –Yeni iddia
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir. 

Miq.az xəbər verir ki, bu haqda "Yeni Müsavat” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib.
Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var-dövlətinin bir neçə milyard olduğu bildirilir.
Qeyd edək ki, fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olunub.
Bundan sonra medianın sualına cavab verən Z. Məmmədov "daha sıravi vətəndaşam, dincəlirəm” demişdi. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az