Ziya Məmmədovun qardaşına yeni vəzifə veriləcək? - Sabiq deputatla bağlı iddia

Ziya Məmmədovun qardaşına yeni vəzifə veriləcək? - Sabiq deputatla bağlı iddia
Keçmiş millət vəkili, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yeni vəzifəyə gətirilir 

Məlumata görə, eks-millət vəkili yaxın günlərdə Ukraynanın Xarkov şəhərinə baş konsul təyin ediləcək.

Xatırladaq ki, Elton Məmmədov artıq bir neçə müddətdir ki, Ukraynadadır. 

Maraqlıdır ki, bir neçə gün öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Xarkov vilayətinə işgüzar səfəri zamanı Elton Məmmədov da görüşdə iştirak edib. Keçmiş deputatın bu görüşdə iştirak etməsi onun adıçəkilən şəhərə baş konsul təyin olacağınına işarə olub.

Qeyd edək ki. Elton Məmmədov bundan öncə mətbuata verdiyi açıqlamada elmi fəaliyyətlə məşğul olacağını və vəzifə arzulamadığını demişdi. (azxeber.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az