Özünü güllələyən leytenantla bağlı - Yeni xəbər
Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin özünü güllələyən tağım komandiri, leytenant Qasımov Ədalətin vəziyyəti normallaşıb.
Leytenantın hadisədən dərhal sonra yerləşdirildiyi Mərkəzi Kliniki Hərbi Hospitaldan AzNews.az-a verilən məlumata görə, o, dünən komadan çıxıb və palataya köçürülüb. Hazırda zabitin vəziyyəti stabil qiymətləndirilir.
Məlumat üçün bildirək ki, Ə.Qasımovun intihara cəhd etməsinə səbəb kimi polkovnik Etibar Əsgərovun onu təhqir etməsi, haqqında ağır ifadələr işlətməsi göstərilir.
Lakin intihara cəhd faktı ilə bağlı hələ də cinayət işi açılmayıb, hərbiçinin özünü öldürmə həddinə çatdırılmasına hüqiqi qiymət verilməyib.
Məsələ ilə bağlı Hərbi Prokurorluğa dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir məlumat verilməyib.
Müdafiə Nazirliyinə göndərdiyimiz sorğu isə cavabsız qalıb.
Miq.az