Özünü müdafiə etmək İranın hüququdur - BMT

Özünü müdafiə etmək İranın hüququdur - BMT
İranın xarici işlər naziri Abbas Arakçı və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Axar.az "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər söhbət əsnasında ABŞ ilə İsrailin İrana qarşı hücumundan sonrakı hadisələr barədə fikir mübadiləsi aparıblar.

Arakçı vurğulayıb ki, İranın addımları müdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn tanınmış normaları əsasında həyata keçirilir.

Arakçı daha sonra hərbi təcavüzün BMT Təhlükəsizlik Şurasında pislənilməsinin əhəmiyyətini qabardıb.

Antonio Qurterreş ABŞ və İsrailin İrana qarşı təcavüzkar hücumu barədə danışıb və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyin zəruriliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ barədə heç bir şübhə yoxdur.

Quterreş həmçinin münaqişələrin genişlənməsinin qarşısını almaq, eləcə də onun regiondakı təhlükəsizlik fəsadlarını azaltmaq üçün səy göstərməyin zəruriliyini vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az