Rusiyanın ən gənc anası – hələ 11 yaşında 18 yaşlı dostu Xabib Pataxonovdan uşaq dünyaya gətirmiş Valya İsaeva evdən qaçıb. Vətəninfo.az məlumat verir ki, Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, buna səbəb 10 ildir evli olduğu əri tərəfindən davamlı olaraq döyülməsi olub. İsaevanın yoxa çıxması barədə polisə Pataxonov özü məlumat verib.
Ərinin sözlərinə görə, 21 yaşlı Valya Moskvanın qərbində satıcı işlədiyi mağazaya gedib və evə qayıtmayıb.
Valya deyib ki, xoşbəxt evlilik pozulmağa başlayıb və 28 yaşlı Pataxonov onu uşaqlarının yanında daim döyməyə başlayıb. 11 yaşında ana olan xanım indi rəfiqəsinin yanında olduğunu və evə qayıtmaq istəmədiyini bildirib. Polisə şikayətində Valya deyib ki, döyülməsinə baxmayaraq, boşanmaq niyyətində də deyil.
Valya İsaeva 10 yaşında – 1995-ci ildə hamilə qalıb. O zaman 17 yaşlı Pataxonov barəsində cinayət işi qaldırılsa da, ictimaiyyət onların evlənməsinə israr edib. Beləliklə, Valya 11 yaşında uşaq doğmaqla Rusiyanın ən gənc anası olub. Sonradan onun ikinci uşağı da dünyaya gəlib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?