110 medal qazanmış 14 yaşlı həmyerlimiz Nicat Nəsibli

110 medal qazanmış 14 yaşlı həmyerlimiz Nicat Nəsibli
Orta məktəblərdə dərs yükünün ağırlığından şikayət edən və zaman baxımından əlavə məşğələləri çatdıra bilməyən şagirdlərə bir nümunə olaraq Rusiyada yaşayan 14 yaşlı həmyerlimiz Nicat Nəsibli göstərmək olar.

Mingəçevirdə anadan olan bu istedadlı bala hazırda Moskvanın Voskresenskoe qəsəbəsində yaşayır və orada 2070 saylı məktəbin 7-ci sinfindətəhsil alır. O, dərs əlaçısı olmaqla yanaşı, təhsil aldığı məktəbin bütün tədbirlərində fəal iştirak edir, həm də bundan əlavə idmanın müxtəlif növləri üzrə - qaçış, şahmat, stolüstü tennis, futbol, xizək, basketbol və s. ilə məşğul olur.
Nicat indiyə qədər iştirak etdiyi yarışmalarda rekord sayda - 110 medal (52 qızıl, 30 gümüş, 28 bürünc) və çoxsaylı fəxri fərmanlar və diplomlar qazanıb. Öz uğurlarını bizimlə bölüşən balaca həmyerlimiz deyib: "Hər bir şagird vaxtını planlaşdırmağı bacarmalı, dərslərini ardıcıl öyrənməli, asudə vaxtından isə səmərəli istifadə etməlidir. Yaşıdlarıma hansı işlə məşğul olmalarından asılı olmayaraq boş vaxtlarında idmanla məşğul olmalarını məsləhət görürəm”.
 
Miq.az










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az