136 zəngin ərəb Abu-Dabidən Bakıya gəlir

136 zəngin ərəb Abu-Dabidən Bakıya gəlir
Martın 2-də "Etihad Airways” şirkəti vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya birbaşa ilk uçuş olacaq. 

Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov məlumat verib. O bildirib ki, BƏƏ-dən Bakıya uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək.
N.Bağırovun sözlərinə görə, "Etihad Airways” şirkətinin rəhbəri ilə görüşlər keçiriləcək.

"İlk uçuş üçün yerlər artıq doludur. Beləliklə, ilk reyslə Bakıya 136 zəngin ərəb gələcək”- N.Bağırov qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az