İyunun 15-i Azərbaycanda rəsmən Qurtuluş günü kimi qeyd edilir. 21 il əvvəl, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə başda "qiyamçı polkovnik" Surət Hüseyniv olmaqla hakimiyyətə itaətsizlik göstərərək, Müdafiə Nazirliyinə tabe olmadığını bəyan etmişdi, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərmişdi.
Lakin yürüdülən səbatsız siyasət nəticəsində qiyamın miqyası genişlənir və idarə olunmayacaq səviyyəyə çatmışdı. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürmüşdü, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdi.
O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. O, Gəncəyə gedərək, apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ildən etibarən isə iyunun 15-i Azərbaycanda Qurtuluş günü kimi qeyd edilir....
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?