Vətəninfo.az Simsar.az-a istinadla xəbər verir ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1500 nəfərə yaxın şəxs birdəfəlik müavinətlə təmin olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ilə təmin olunur. Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 1488 nəfər təşkil edib.
ƏƏSMN tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə onların peşə reabilitasiyası işləri də görülür. Ötən il həmin şəxslərdən 230 nəfər, bu ilin ötən dövründə isə 16 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi sözügedən insanların sosial adaptasiyası işlərinin gücləndirilməsinə xidmət edəcək.
Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi, onların müvafiq sahələrdə yardımla təminatı yönündə işlər görəcək.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər