“20 Yanvar” stansiyasının ətrafı köhnə günlərinə qayıtdı “Sumqayıta 60 qəpik...” + Video
Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzadan sonra "20 Yanvar” metro stansiyasının yaxınlığından qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar yığışdırılsa da, həmin ərazi yenidən köhnə günlərinə qayıdıb.
Musavat.com xəbər verir ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar yenidən metronun ətrafında peyda olub.
Metronun çıxışında dayanan mikroavtobuslar sərnişin toplamaqla məşğul olurlar. Bu ərazidən sərnişindaşımanın qadağan edildiyi, orda sərnişin yığan mikroavtobusların lisenziyasız fəaliyyət göstərdiyi dəfələrlə vurğulanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi faciəli qəza baş verən gün – martın 9-da bəyan edib ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar yalnız Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Avtovağzaldan kənarda fəaliyyət göstərən avtobusların sürücülərinin sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədi yoxdur. Buna baxmayaraq, "20 Yanvar” metro stansiyasının yaxınlığında özbaşına fəaliyyət göstərən "avtovağzal”ın qarşısını almaq bu günə qədər mümkün olmayıb.
Xatırladaq ki, martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində 6 tələbə dünyasnıb.
Miq.az