200 yaşına kimi yaşayacağını deyən 101 yaşlı milyarder- Öldü
O, iqtisadiyyatın əsas güclərindən hesab edilirdi
Bu gün dünyanın ən məşhur iş adamı, milyarder David Rokfeller dünyasını dəyişib. ABŞ iqtisadiyyatının əsas güclərindən hesab edilən və 200 yaşına kimi yaşayacağını deyən Rokfeller 101 yaşında vəfat edib.
Onun ürək çatışmazlığından, Nyu-Yorkda yaşadığı evdə öldüyü bildirilir.
Xatırladaq ki, indiyə kimi heç bir böhran bu adamın iqtisadiyyatını sarsıda bilməyib. Banklar batıb, şirkətlərin səhmləri dəyərsizləşib, ancaq bu klan mövcudluğunu indiyə kimi qoruyub saxlayır. Və bütün proseslərdən uduşlu çıxan David Rokfeller əcəldən yaxasını qurtara bilmədi...
Miq.Az