Azərbaycanda ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulunun vaxtı mayın 1-dək uzadılıb.
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.
30 aprel saat 14:30 -a olan məlumata görə 85 min 256 abituriyent öz elektron ərizəsini dolduraraq, təsdiqini təmin edib. 4 min 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiqlənməyib.
Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir.
Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?