“Bakı Metropoliteni” stansiyalarında vahid kartların tətbiqinə start verilib
“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşıdırılmasına başlanılıb.
Vətəninfo.az ANS TV-yə istinadən xəbər verir ki, hazırda metropolitenin "20 Yanvar" stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir. Avadanlıqar tam quraşdırıldıqan sonra ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. Həmin kartdan həm metroda, həm də avtobuslarda istifadə etmək mümkün olacaq.
“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, vahid kart sisteminə keçmək ölkə rəhbərliyinin tapşırığıdır. Buna görə də bu işlərin digər bir təşəbbüskarı “Bakı Bus” şirkətidir. Sözügedən avadanlıqlar da şirkətlə birgə quraşdırılır. İlkin mərhələdə vahid kartdan məhz metroda və “Baku Bus” şirkətinə məxsus avtobuslarda istifadə olunacaq.
Verilən xəbərə görə, yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə olunacaq. Sonrakı mərhələdə isə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?