Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyi (ASİMDER) tərəfindən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun yenidən mühakimə olunması üçün başlanmış imzatoplama kampaniyasına Macarıstanın Türkiyədəki səfirliyindən cavab məktubu ünvanlanıb.
Bu barədə ASİMDER-in mətbuat xidmətindən məlumat verilib.
ASİMDER sədri Göksəl Gülbəy bununla bağlı imzatoplama kampaniyasında toplanmış 2500 imzanı Macarıstanın Türkiyədəki səfirliyinə təqdim etdiklərini deyib: «İğdırda start verdiyimiz, Türkiyədə, Avropada, Azərbaycan və Rusiyada keçirilmiş imzatoplama kampaniyasında məqsəd Macarıstanda ömürlük həbsə məhkum olunmuş baş-leytenant Ramil Səfərovun qalan cəzasını Azərbaycanda çəkməsidir».
G. Gülbəy səfirliyin məktubunda R. Səfərov üçün toplanılan imzaların və məktubun macar dilinə tərcüməsinin Macarıstanın müvafiq qurumlarına göndərildiyi bildirilib.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?