Ortaq Türk Televiziyası yaradılır
Türkcə danışan ölkələr arasında önəmli media layihəsinin təməli qoyulacaq.
Vətəninfo.az-ın məlumatına görə, ANN.Az türk mediasına istinadən xəbər verir ki, avqustun 18-də
Qazaxıstanın paytaxtı Astanada Türkcə Danışan Dövlətlər İşbirliyi
Şurasının tioplantısı keçiriləcək. Toplantıda yüksək səviyyəli
şəxslərin, xəbərləşmə nazirlərinin bir araya gələcəyi gözlənilir.
İclasda Azərbaycan, türkiyə, Qazaxıstan və Qırğızıstanın beynəlxalq
televiziya kanalları arasında protokola imza atacağı proqnozlaşdırılır.
Bununla bərabər türk dövlətlərinin xəbər agentlikləri arasında
əməkdaşlıq memorandumu da dəstəklənəcək.
Toplantının əsas gündəminin ortaq türk televiziyasının yaradılması
təşkil edəcək. TV-nin yaradılmasında əsas məqsəd türkcə danışan ölkələrdə baş verən siyasi, iqtisadi, mədəni, sosial hadisələrin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdır.