"Günəşli" yatağında yeni quyu istismara verilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli” yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib.

Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, quyu "SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılıb.

Quyu qazlift üsulu ilə məhsul verib, 3 144-3 138 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu "Azneft” İstehsalat Birliyinin "28 May” adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az