Bakıda kütləvi dava

Bakıda kütləvi dava

Bakıda bir qrup gənc arasında dava olub.

Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ağa Neymətulla və Arif Heydərov küçələrinin kəsişməsində qeydə alınıb.

Biləsuvar rayon sakinləri 25 yaşlı Sabir Heydərovla əmisi oğlu 19 yaşlı Abdulla Süleymanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs və ya şəxslər iki əmi oğlunu  bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Sabir Heydərov sağrı nahiyəsi,  Abdulla Süleymanov isə qarnından bıçaqlanıb. Faktla ba]l; Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az