İntihar Dükanı-Ölümlü bədənə ölümlə cavab
Xatirə Səfərova
Klinik psixoloq
Hər bir insanın içində qurucu və dagıdıcı qüvvəsi var. (Libido)
Tanatos –(Qrek ölüm Allahı )-ölüm instinkti
Psixoloq olmaq Peygember olmaq demək deyil –sehirli insan deyil Psixoloq...İnsanın ruhunda elə bir sistem var ki, o məcburdu ona verilmiş sistemə daxil olsun. Heç kim heç nə ilə sigortalanmayıb...
Müəllimimiz bizə həyatda çox kömək oldu – sadəcə hörmətli psixoloqumuz Dəyanət Rzayevin dagıdıcı qüvvəsi ətrafı deyil, özünü parçaladı. Allah rəhmət etsin Dəyanət müəllimə! (Müəllifdən)
Hörmətli oxucular! Aşaığda sizə təqdim edəcəyimiz bu yazı Miq.Az-da bir müddət əvvəl getmişdi. Dünən bütün ölkəni ŞOK vəziyyətinə salan tanınmış psixoloq Dəyanət Rzayevin ölümündən sonra intihar mövzusu yenidən gündəmə gəldi. Mövzunun aktuallığını nəzərə alıb bu məqaləni yenidən oxucuların diqqətinə çatdırırıq.(Redaksiyadan)
Son illər sanki İntihar həddinə yetişməyin bir neçə istiqamətləri var. Kimdir axı son qərarı verən? Ölüm ruhun azadlığıdır
İntihar dükanını baglı saxla, yoxsa müştərilərinin artmasına səbəb olub özünlə ətrafı da zəhərləyərsən.
Gündəlik olaraq hər birimiz qərar vermə, seçim etmə durumları ilə üz-üzə qalırıq. Arabir –bu seçimlər əzabvericidir. Daxili aləmdən fərqli insanların səsləri səslənir, gah mübahisə edirlər, gah nələrisə müzakirəyə cevirib götürürlər haralara.
Emossional durumumuza –yaxşiyam, pisəm, dalgınam, gücsüzəm, həvəsim yoxdur, depressivəm, həvəsliyəm kimi hallarlla təsir edir. Bəs kimdir axı son qərarı verən?
İnsanlar hara tələsir-yollarını niyə qısaldırlar –Ölümlü bədənə ölümlə cavab verməyin dərin məntiqi olmalidir.
İnsan ruhunun- qalaktikasının sahəsini və xəritəsini bilməlidir. Əks təqdirdə gedəcəyi yolu təyin edə bilməyib idarə etməni itirəcək. Bunun üçün isə daxili koqnitiv xəritənizlə tanış olmalısız.
Koqnitiv Xəritə-(təyin edin hansı stansiyadasız)
1.Dünya –böyük və qəddardır
2.Mən zəif və köməksizəm
3.Bütün hadisələri öz nəzarətimdə tutmalıyam ki, özümü təhlükəsizlikdə hiss edim.
4.Mən ətrafı qorumalıyam
5.Mən emossialarıma hakim olmalıyam (daxili nəzarət)
6.Nəzarətimdən çıxan hər bir situasiya mənim üçün təhlükəlidir.
7.Bilmədiyim situasiyalar təhlükəlidir.
8.Çıxılmaz vəziyyətə düşmək çox təhlükəlidir.
Xəritəmizi təyin etdikdən sonra isə əlimizə -daxili fənərimizi alıb səhflərimizin mərkəzinə enək. Həyatda insanı "qorxudaraq yaşama” səbəblərindən biri də öz beynindəki qiymətləndirmə şkalasına əsasən səhf etmə qorxusudur. Səhf etmə hər kəsə mənsubdur. Səhf etməyən insan yoxdur dünyada, lakin individ özünə yardım etmə məqsədi ilə səhflərinin mərkəzini görməlidir.
Araşdırmalara görə insan səhf edərsə 4- etapdan birində duracaq. Bunlar aşagıdakılardır.
1.Passiv olmaq-Səhvlərini rədd edərək, üzərindən atmaq və sanki heç bir şey olmamış kimi davranmaq. Bu sizin üçün əlverişli olmayacaq. Çünki dəfələrllə eyni səhfi təkrarlayacaqsız və həyatdakı irəliləyişləriniz azalacaq.
2.Aqressiv-Özünə attak. Günahlandıracaqsız özünüzü və tənqidi sözlərlə yanaşacaqsız. Bu cür yanaşma agrılıdır, özünə hörməti dəyəri aşagı salır, nəticə etibari ilə -həyatdakı şanslarınızı qaçırdacaqsınız.
3.Passiv-aqressiv-siz dolayı yolla özünüzü cəzalandıracaqsız. Yemək-içməyə hücum edəcəksiz və yediyinizin miqdarını görməyəcəksiz və üzərinizdə nə qədər pul varsa xərcləyəcəksiniz. Bunun pis tərəfi isə özünüzlə gizlənpac oynayacaqsız –dərk etməyəcəksiz ki, harda səhv etmisiniz.
4.Assertiv-Özünüzlə dogru olub etdiyiniz səhvi qəbul edib aydınlanacaqsız. Hadisəni təsadüf və ya xarakterinizin zəif nöqtəsi ilə baglayaraq gələcəkdə bunun üzərində işləməyi öhdəliyə alacaqsız.
İnsan bəzən həyatda səhvlər edir və bəzən isə insan olmagın özunu səhf hesab edir. İntihar həddinə yetişməyin bir neçə istiqamətləri var. Lakin bunlardan günahlandırma (ətrafı və ya özünü) və bipolyar depressiya daha çox rast gəlinəndir. Əlbəttə, digər amillər də var. Bunlardan biri də kiminsə individə şantajı və ya təhdidi, qısa desək, özünü öldürməsən 1 saata yaxınını öldürəcəyəm. Eyni zamanda müxtəlif növ sektaların təsiri altında baş vermiş suisidlər.
Qorxmayın insan ölümsüzdür! İntihar dükanı adında böyüklər üçün bir cizgi filminə baxmışdım –animasiyada- insanı həyatda xöşbəxt edə bilməyən heç bir şey qalmamışdırsa –onu sadəcə gülüşlə əvəz edərsə -ideyaları yenilənər, ruhu təzələnər və yaşayar...
Ölüm ruhun azadlığıdır-insan ölə bilməz o sadəcə dəyişə bilər formasını. Daha çox toxunulmaz olar. Bu çox fəlsəfi yanaşma oldu amma son olaraq sizinlə bir testlə fikirlərimə nöqtə qoymaq istərdim. Cavabınızı əldə etdikdən sonra düşünün və..... özünüzü tanıyaraq yaşayın. Bu qalaktikada canlı olaraq bir dəfə qonağıq, səfərimiz isə davam edəcək...
Daxilinizdəki dominant səsi bir personaj kimi canlandırın-Onun varlıgını hansı rolda canlandırırsız?
1.Şübhəçi
2.Prokuror
3.Tənqidçi
4.Qanadları sınmış
5.Gözəllik İlahəsi
6.Müdrik Qoca
İntihar dükanını baglı saxla, yoxsa müştərilərinin artmasına səbəb olub özünlə ətrafı da zəhərləyərsən.
Almaz yonulmadan, insan səhf etmədən mükəməlləşməz!-Sokrat.
Miq.Az