400 minlik toyu olan azərbaycanlı məmur qızı aparıcı olacaq FOTO

400 minlik toyu olan azərbaycanlı məmur qızı aparıcı olacaq FOTO
Lift İdarəsinin rəhbərinin qızına vəzifə verildi

Azərbaycanda 400 min manatlıq toyu ilə gündəmə gələn məmur qızı aparıcılıq edəcək. İstiPress-in məlumatına görə, bu barədə Lift İdarəsinin rəhbəri Qüdrət Şükürovun qızı Aysel öz "İnstagram" səhifəsində məlumat verib. 
"Qızlar çalışın həyatda məqsədiniz olsun. Çünki əvəllər həmişə öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu... Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora sözü boşuna deyilməyib.

Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım".

Məmur qızı indi onu minlərlə xanımın izlədiyini, bu işdə yoldaşının ona böyük dəstək verdiyini qeyd edib.

A.Şükürov yerli kanallardan birindı özünü aparıcı kimi sınayacağını, daha böyük planlarının olduğunu bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az