İyunun 1-də evdən çıxan və bir daha geri qayıtmayan Salyan rayonu, II Varlı kənd poçt şöbəsinin müdiri Əyyub Cəfərov tapılıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Əyyub Cəfərov bu gün Siyəzən rayonunun Qalaltı kəndi yaxınlığındakı meşədə anlaqsız vəziyyətdə tapılaraq ailəsinə təhvil verilib. Əyyub Cəfərovu itkin düşmüş sayıldığı 47 gün ərzində saqqal basıb. O, psixi xəstəyə çevrildiyindən başına gələnlər barədə sualları cavablandıra bilməyib.
53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı Salyan polisi də məşğul olurdu.
Kənd sakinləri söhbətlərində Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini demişdilər.
Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş.
Bu səbəbdən keçirdiyi stress ucbatından hələ mart ayında onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş.
İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yox idi.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT