"Bakı-2015" I Avropa Oyunlarının nümayişi ilə bağlı daha 4 ölkənin 5 televiziya şirkəti ilə müqavilə imzalanıb. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, oyunlar Ukrayna, Gürcüstan, Norveç və İsraildə də nümayiş etdiriləcək.
Ukraynanın 16 milyon evdə ödənişsiz yayımını təklif edən NTU, Gürcüstanda 2012-ci il London Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz İctimai Kanal, Norveçin 2016-cı il Rio-de-Janeyro Olimpiadasının yayım hüququnu əldə etmiş ödənişsiz TV2 və İsrailin ödənişli idman telekanalları olan "Sport 5" ("Sport Channel") və "Sport 1" ("Çarlton") kanalları ilə saziş əldə olunub.
Yeni müqavilələrlə bağlı danışan "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağının artmaqda olduğunu bildirib. O deyib ki, məqsəd həm də Avropa Oyunları brendini beynəlxalq səviyyədə yaratmaqdır: "Orta hesabla hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının yayımı məqsədilə ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələrinin yayım şirkətləri ilə müqavilə imzalanıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?