65 yaşlı kişi özünü asdı - Balakəndə

65 yaşlı kişi özünü asdı - Balakəndə

Balakən sakini intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 20:30 radələrində rayon Katex kəndində qeydə alınıb.
 
Kənd sakini, 65 yaşlı Müsafir Rəhimovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində olan köhnə tikilidə, tavanından asılı vəziyyətdə aşkar edilib.
 
İlkin aparılan araşdırma zamanı dörd övlad atası olan Müsafir Rəhimovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
 
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az